Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/21-25

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-3826-033X

cavadxan.yusifoglu@ndu.edu.az

Əşrəf Ələkbərov

Naxçıvan Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-8756-0685

a.ashraf@mail.ru

 

Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonalar: yeni iqtisadi

sıçrayışın başlanğıcı

 

Xülasə

 

Məqalədə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ölkənin yeni iqtisadi reallıqları müstəvisində formalaşdırmış olduğu potensialı və perspektivləri barəsində söz açılmışdır. Bu perspektivlər, xüsusilə, Azad İqtisadi Zonaların (AİZ) yaradılması və logistik mərkəzə çevrilməsi ilə müşayiət olunan proseslərlə tamamlanmış olur. Bu baxımdan da AİZ-lərin elmi və nəzəri əsasları verilmiş, onun muxtar respublika iqtisadiyyatı üçün səmərəlilik xüsusiyyətləri təqdim olunmuşdur. Eyni zamanda, muxtar respublikanın logistik mərkəz olaraq, iqtisadi əhəmiyyətinə toxunulmuşdur. Göstərilmişdir ki, istər AİZ-lər, istərsə də, logistik mərkəz muxtar respublika iqtisadiyyatının ölkənin milli iqtisadiyyatına tam və dolğun əsaslarla inteqrasiya olunmasına daha əlverişli zəmin yaratmaqdadır. Bütün bu proseslərin səmərəli təmin olunmasında muxtar respublika iqtisadiyyatının malik olduğu potensial göstərilmişdir.

Əsaslandırılmışdır ki, muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrinin, o cümlədən, kənd təsərrüfatı və sənayenin əlaqəli inkişafı, ərazinin tarixi İpək Yolunun üzərində yerləşməsi mühüm əhəmiyyətə malikdir. Həmçinin, beynəlxalq hava limanının fəaliyyət göstərməsi həm AİZ-lərin yaradılması və fəaliyyətinin tənzimlənməsində, həm də logistik mərkəz olaraq təşəkkülü məsələlərində olduqca mühüm tərəflərinə görə seçilməkdədir.

Açar sözlər: Azad İqtisadi Zonalar, logistik mərkəz, yeni iqtisadi reallıqlar, davamlı islahatlar, uzunmüddətli prioritetlər


Baxış: 32