DOI: https://doi.org/10.36719/2789-6919/46/56-61
Nigar Bababəyli
Naxçıvan Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0004-7250-9671
nigarbababeyli@ndu.edu.az
Naxçıvan Muxtar Respublikasında balneoloji əhəmiyyətli suların səciyyəsi
Xülasə
Bir çox tədqiqatçılar tərəfindən “mineral sular muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında yerləşən çoxsaylı mineral bulaqlar həm turizim-rekreasiya, həm də müalicəvi cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan məqalədə ərazinin mineral bulaqları haqqında məlumatlar toplamış, onların sutkalıq debiti, temperaturu, kimyəvi tərkibi, müalicə əhəmiyyəti haqqında məlumat verilmiş eyni zamanda, balneoloji turizm cəhətdən qiymətləndirilmişdir. Yer qabığında geniş yayılmış mineral xammallar bəşəriyyətin maddi mədəniyyətinin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Ümumilikdə, maddi mədəniyyətin yüksəlişi yeni faydalı qazıntıların aşkarlanması ilə sıx bağlı olmuşdur. Xüsusilə inşaat materialları, neft, daş kömür, duz və su kimi qeyri-filiz faydalı qazıntılar insanların gündəlik həyatı və iqtisadi fəaliyyətləri üçün əhəmiyyətlidir. Bu ehtiyatlar arasında mineral sular da xüsusi yer tutur. Respublikamızın, xüsusilə də Naxçıvan Muxtar Respublikasının ərazisində mineral su ehtiyatları olduqca zəngindir.
Açar sözlər: mineral sular, balneoloji turizm, kimyəvi tərkib, debit, müalicəvi tərkib, bulaq