https://doi.org/10.36719/2706-6185/44/27-31
Rafiq Rəhimov
Naxçıvan Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0009-2558-5977
Naxçıvan –Türkiyə ictimai-siyasi əlaqələrin perpektivləri
(1991-2001-ci illər)
Xülasə
Türkiyə və Azərbaycan arasında istər siyasi, istər iqtisadi istərsə də digər sahələrdə əlaqələr qədim tarixi dayaqlar üzərində qurulmuşdur. Bu tarixi dayaqlar üzərində təşkil olunmuş siyasət günümüzdə də yüksələn xətt ilə özünü göstərməkdədir və bununla yanaşı iki dövlət arasında olan əlaqələr digər dövlətlərə, xalqlara örnək olacaq səviyyədə təşkil olunmaqdadır. Tarixi bağlılıqlarımız bu gün dövlətlərimizin yürütdüyü birgə siyasətlərin əsas istinad nöqtəsi kimi görülür. XX əsrin əvvəllərində xüsusi ilə Azərbaycan Cümhuriyyətinin yarandığı dövrdə qarşılaşdığı çətinliklərdə dost, qardaş Osmanlı imperiyasının öz qardaş əlini uzadaraq, Şərqdə ilk demokratik dövlətin yaranmasına verdiyi əvəssiz yardım bütün Türk tarixinə qızıl hərflərlə həkk olunmuşdur.
Bildiyiniz kimi, Türkiyənin böyük lideri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir" kəlamı, böyük dövlət xadimi ümmilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" fikirləri hər zaman iki dövlət arasında körpü rolunu oynamışdı.
Açar sözlər: lider, imperiya, imtiyazlar, strateji əməkdaşlıq, müstəqillik