Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/122/89-94

Dürnisə Ağayeva

Azərbaycan Dillər Universiteti

https://orcid.org/0009-0000-8589-1700

durniseagayeva84@gmail.com

 

Neologizmlərin dilin dinamik inkişafında rolu və sosiolinqvistik təhlili

 

Xülasə

 

Məqalədə neologizmlərin — dilin lüğət sisteminə son dövrlərdə daxil olmuş yeni leksik vahidlərin — dilin sosial mahiyyətinin və dinamik inkişafının göstəricisi kimi rolu araşdırılır. Tədqiqatın məqsədi neologizmlərin yaranma mexanizmlərini, funksional xüsusiyyətlərini və onların mediada, xüsusilə publisistik diskursda dilin yeniləşməsi prosesinə təsirini müəyyən etməkdən ibarətdir.

Elmi və texnoloji tərəqqinin, həmçinin qloballaşmanın təsiri nəticəsində müxtəlif dillərdə, o cümlədən Azərbaycan və ispan dillərində yeni anlayışların adlandırılmasına ehtiyac yaranır. Bu proses dilin lüğət tərkibinin genişlənməsinə, ünsiyyətin semantik imkanlarının artmasına və dil sisteminin çevikliyinin güclənməsinə gətirib çıxarır.

Məqalədə ispan dilində neologizmlərin təsnifatı, alınma və daxili yaranma yolları, həmçinin ingilis mənşəli leksik vahidlərin sosial funksiyaları elmi ədəbiyyat və nümunələr əsasında təhlil edilir. Xüsusilə, ingilis dilindən alınan terminlərin və ifadələrin mediada və gündəlik ünsiyyətdə geniş yayılması nəticəsində ispan dilində diqlossiya elementlərinin formalaşdığı, yəni rəsmi və qeyri-rəsmi kodların leksik baxımdan fərqləndiyi müəyyən olunur.

Açar sözlər: neologizmlər, dilin inkişafı, media dili, sosiolinqvistika, leksik sistem, alınma sözlər, qloballaşma, diqlossiya, kommunikativ funksiyalar, semantik dəyişiklik

 

 


Baxış: 163