Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/64-70

Xədicə Heydərova

AMEA Nəsimi adına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-1148-8326

heyderova73@mail.ru

 

Nəsimi yaradıcılığında təsəvvüf geyim terminləri və onların simvolik anlamları

 

Xülasə

Orta əsrlərdə təsəvvüf təriqətlərində geyim növlərinin simvolik anlamları olmuş, ayinlərdə şeyx və müridlərə yoxsul təbəqəyə məxsus üst geyim vasitələrinin geyindirilməsi dünya malında gözü olmama, nəfsi istəklərini tərbiyə edib ruhi zənginliyə nail olma, Allaha təslim olmaq kimi mənəvi və dini dəyərlərin əldə olunması ideoloji düşüncə tərzinin ifadə vasitəsi rolunu oynamışdır. Nəsimi yaradıcılığında bu yanaşma dünya bəzəyi və dəbdəbənin göstəricisi kimi təqdim olunan qəba, ətləs, səqərlat leksik vahidləri ilə əba, xirqə, kəpənəkşal kimi yoxsul geyim və parça növləri arasında bədii təzadlıqların yaradılmasında öz əksini tapmışdır. Burada don, çəkmə, kisvət, libas kimi ümumişlək sözlərlə yanaşı, təsəvvüfdə xüsusi rəmzi anlam yükü olan terminlərə rast gəlinir: cübbə, qəba, xirqə, əba, zərq, ətləspuş, pəşminəpuş, səqərlat, ətləs, şal, kəpənək, tac, dəstar, külah, teyləsan, kəmər, zünnar.

Müəllif tədqiqatında İmadəddin Nəsimi yaradıcılığında 20 adda təriqət geyim növünü müəyyənləşdirmiş və onları 5 paradiqmatik bölgüyə ayırmışdır: 1) Üst geyim növlərinin adları 8 ədəd cübbə, qəba, xirqə, əba, zərq, kəpənək, don, libas; 2) Parça növlərinin adları 5 ədəd: ətləs, ətləspuş, pəşminəpuş, səqərlat, şal; 3) Baş örtüyü növlərinin adları 4 ədəd: tac, dəstar, külah, teyləsan; 4) Belbağı növləri 2 ədəd: kəmər, zünnar; 5) Ayaqqabı növü 1 ədəd: çəkmə. Məqalədə bu terminlərin hər birinin Nəsimi yaradıcılığındakı simvolik anlamları təhlil olunur.

Açar sözlər: geyim növlərinin adları, xirqə, qəba, kəpənək, təsəvvüf terminləri, simvolik anlam


Baxış: 44