DOI: https://doi.org/10.36719/2789-6919/51/13-18
Ramal Kərimov
Bakı Biznes Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0007-6011-6311
87ramal@mail.ru
Ölkənin iqtisadi inkişaf strategiyasında rəqəmsal
transformasiyanın əhəmiyyəti
Xülasə
Rəqəmsal transformasiyanın milli iqtisadi inkişafa təsir imkanlarının əhatə dairəsi kəmiyyətcə genişlənir, daha çox isə həmin təsirin keyfiyyət cəhətləri daha çox dərinləşir. Müasir dövr müstəqil iqtisadi və siyasi inkişaf yolu tutan ölkələrə əlverişli şərait yaratmaqla həmin ölkələrin milli iqtisadiyyatlarını da sürətlə formalaşdırmağa, onların davamlı və dayanıqlı olmasına şərait yaradır. Ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının formalaşmasına və inkişaf etməsinə təsir edən bir çox amillər olsa da, hər halda onların sırasında elə faktorlar vardır ki, onlar həlledicidir, ölkənin siyasi-iqtisadi inkişafına yaradıcı, hərəkətverici, yenilikci, daha çox isə innovativ təsir imkanlarına malik olur. İnformasiya texnologiyaları ilə birgə kommunikasiya texnologiyalarının da sürətli inkişafından bəhrələnən ölkələr, onların ayrı-ayrı iqtisadi subyektləri, xüsusən milli firma və şirkətlərinin təsərrüfat fəaliyyəti prinsiplərinin də daim yeniləndirilməsini tələb edir.
Müasir informasiya kommunikasiya texnologiyalarının və onların çox saylı çeşidlərinin bir çox ölkələr tərəfindən potentləşdirildiyi üçün işgüzar firma və şirkətlər həmin texnologiyalardan istifadə edərək rəqabət aparmaq məqsədilə öz fəaliyyətlərində həmin texnologiyalardan istifadə edərək və onlara uyğunlaşaraq inkişaf etmək zərurəti ilə qarşılaşırlar.
Açar sözlər: informasiya, kommunikasiya, iqtisadi inkişaf, rəqəmsal transformasiya