DOI: https://doi.org/10.36719/2789-6919/44/107-112
Coşqun Quliyev
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0004-9581-4484
quliyevcosqun305@gmail.com
Orta ümumtəhsil məktəblərinin V-IX siniflərində ismin məkani-qrammatik hallarının tədrisi yolları (İ.Əfəndiyevin “Söyüdlü arx” romanı əsasında)
Xülasə
İnkişaf edən təhsil sisteminin əsas göstəriciləri müasir təlim və onun istifadə imkanlarıdır. Şagirdləri müstəqil düşüncəyə sövq edən bu təlimdə əsas məqsəd odur ki, düzgün metod və üsullarla gediləcək yolun daha rahat olmasına şərait yaradılmasıdır. Burada fəal təlimin müxtəlif üsullarına qruplarla iş, fəndaxili və fənlərarası inteqrasiya, motivasiyanın düzgün qurlulmasına, şagirdlərin düzgün qiymətləndirilməsinə dair bir çox məsələrə diqqət yetirmiş olduq. Əsas məsələlərdən biri olan şagirdlərin öyrəndiklərini düzgün tətbiq etməsi isə “Söyüdlü arx” romanından gətirilən və eyni ilə şagirdlərin də ordan nümunələr seçməsi dərsin gedişatına müsbət təsir etmiş, onun qavranılmasına yardımçı olmuşdur. Şagirdlər hal kateqoriyasının da müxtəlif qruplara bölündüyünü, onların hər birinin işlənmə məqamını, ən əsası isə qoşmalarla olan bağlılıqlarını və bu bağlılıqdan doğan yeni məna çalarları da öyrənmiş oldular.
Açar sözlər: hal kateqoriyası, məkani-qrammatik hallar, tədris, metodika, qoşma, cümlə üzvü, tamamlıq, zərflik, qrup işi, qiymətləndirmə