DOI: https://doi.org/10.36719/2789-6919/50/73-76
Fidan Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcıd.org/0009-0002-4935-0645
fa.mammadova@adpu.edu.az
Öz əsrinin ayinəyi-həqiqət nümasi – Seyid Əzim Şirvani
Xülasə
Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi şair və pedaqoq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı geniş elmi-nəzəri baxımdan araşdırılmışdır. Şairin yaradıcılıq irsi ictimai-siyasi və mədəni mühitlə qarşılıqlı əlaqədə öyrənilmiş, onun ədəbi fəaliyyətinin həm milli, həm də ümumbəşəri dəyərlər kontekstində əhəmiyyəti ortaya qoyulmuşdur. Tədqiqatda Seyid Əzim Şirvaninin poeziyası üç əsas istiqamətdə təhlil olunmuşdur: klassik poeziya ənənələrinin davam etdirilməsi, maarifçi-satirik lirikanın inkişafı və əxlaqi-didaktik məzmunun gücləndirilməsi. Məqalədə Seyid Əzimin “Əkinçi” qəzeti ilə əlaqələri, bu qəzetdə dərc etdirdiyi əsər-ləri və milli maarifçilik hərəkatındakı rolu araşdırılmışdır. Aparılan təhlillər nəticəsində belə qənaətə gəlinmişdir ki, Seyid Əzim Şirvani yalnız klassik poeziya ənənələrinin davamçısı deyil, həm də Azərbaycan maarifçi realizminin qurucularından biridir.
Açar sözlər: Seyid Əzim Şirvani, XIX əsr Azərbaycan ədəbiyyatı, maarifçilik, realizm, satira, pedaqoji fəaliyyət