Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/77-84

Almaz Erbay

Azərbaycan Dövlət İqtisad Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0007-4889-2182

almazerbay@gmail.com

 

Pandemiyadan sonrakı dövrdə iş modelləri, şəxsiyyət tipologiyaları və təşkilati davranış nəticələri arasındakı yeni dinamikaların elmi təhlili

 

Xülasə

 

Bu tədqiqat pandemiyadan sonrakı dövrdə formalaşan yeni iş modellərini — məsafədən, hibrid və ofis əsaslı formaları — şəxsiyyət tipologiyaları (A və B tipləri) və təşkilati davranış nəticələri (psixoloji təhlükəsizlik, psixoloji dayanıqlılıq, özünə yadlaşma) kontekstində elmi əsasda təhlil et-məyi qarşısına məqsəd qoymuşdur. Qlobal pandemiya iqtisadi və sosial strukturlarla yanaşı, idarəet-mə mədəniyyətində də köklü dəyişikliklər yaradaraq çeviklik, rəqəmsallaşma və uzaqdan əməkdaşlıq anlayışlarını müasir iş həyatının əsas elementlərinə çevirmişdir.

Artıq “işin harada görülməsi” deyil, “necə təşkil olunması” təşkilati uğurun əsas meyarıdır. Tədqi-qat nəticələri göstərir ki, psixoloji təhlükəsizlik və dayanıqlılıq səviyyələri daha çox təşkilati iqlimdən — liderlik üslubu, ədalətli idarəetmə və sosial dəstəkdən — asılıdır, özünə yadlaşma isə işin forması və fərdi sosial ehtiyaclarla daha sıx bağlıdır. A tipi şəxslər məsafədən və ya hibrid iş modellərində muxtariyyətdən faydalanarkən, B tipi şəxslər daha sosial və kollektiv ofis mühitlərində uğurlu olurlar.

Bu fərqliliklər göstərir ki, “hamıya eyni model” yanaşması artıq effektiv deyil; fərdiləşdirilmiş iş strategiyaları və insan mərkəzli idarəetmə müasir təşkilati dayanıqlığın əsasını təşkil edir. Araşdırma nəticə etibarilə pandemiya sonrası əmək mühitində şəxsiyyət fərqliliklərinin, psixoloji rifahın və inklüziv mədəniyyətin strateji prioritetə çevrilməsinin zəruriliyini vurğulayır.

Açar sözlər: pandemiya, iş modelləri, şəxsiyyət tipologiyaları, psixoloji təhlükəsizlik, psixoloji dayanıqlılıq, özünə yadlaşma

 

 


Baxış: 44