DOI: https://doi.org/10.36719/2789-6919/50/85-90
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0008-8332-0806
yusif_elekberli.2002@mail.ru
Paylayıcı logistika strategiyalarının təsnifatı barədə
nəzəri-metodiki yanaşmalar
Xülasə
Məqalədə “paylayıcı logistika” və “paylayıcı logistika strategiyaları” anlayışları barədə müxtəlif nəzəri-metodiki yanaşmalar sistemi təhlil edilmiş və müvafiq ümumiləşdirmələr aparılmış, həmçinin, logistika və marketinq kooperasiyasının zəruriliyi əsaslandırılmışdır. Logistika strategiyalarının təsnifatı dəqiqləşdirilmiş və onların vaxt, prioritetlik (səmərəlilik göstəriciləri), yaranma konsepsiyası, biznes-proseslərin inteqrasiya dərəcəsi əlamətlərinə görə yeni təsnifatını müəllif təklif etmişdir.
Açar sözlər: paylayıcı logistika, logistik strategiyalar, marketinq konsepsiyası, logistik servis, paylayıcı kanallar, əmtəə bazarları