https://doi.org/10.36719/2789-6919/42/99-103
Əli Əliyev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0000-4536-6944
ali.aliyev.11.11.2002@gmail.com
Pərakəndə satış sahəsi və onun planlaşdırılması
Xülasə
Bildiyimiz kimi cəmiyyətdə iqtisadi münasibətlərin əsasını təşkil edən sahələrdən biri də əmtəə-pul münasibətlərdir. Bu münasibətlərin əsasını təşkil edən ticarətin əsas göstərici mal dövriyyəsidir. Alıcı ilə satıcı arasında, hər iki tərəf üçün sərfəli olan mal və xidmətlərin pullu mübadiləsinin əsas gösəricisi olan pərakəndə satış mal dövriyyəsinin sosial-iqtisadi mahiyyəti və ölkənin, xüsusilə də onun hər bir regionunun sosial-iqtisadi inkişafında böyük əhəmiyyəti vardır. Məqalədə pərakəndə satış anlayışı, onların əsas mahiyyəti və bu istiqamətdə innovasiyaların rolu tədqiq edilmişdir. Pərakəndə ticarətin mahiyyətini və onun müxtəlif xüsusiyyətlərini müəyyən etməzdən əvvəl pərakəndə ticarətin inkişaf xüsusiyyətlərini xarakterizə etmək lazımdır. İstehsal olunan istehlak dəyərini reallaşdırmaqla ticarət istehlakı istehsalla əlaqələndirir və tələb və təklif arasında tarazlığı saxlayır. Bu sahə üzrə aparılan araşdırmalar zamanı müəyyən etdik ki, hələ 16-18-ci əsrlərdə iqtisadçılar ticarəti mənfəətin mühüm mənbəyi və kapital qoyuluşunun əsas sahəsi hesab edirdilər. Məsələn, ingilis iqtisadçısı Tomas Mann ticarət kapitalını kapitalın əsas növü hesab edirdi. XVIII əsr Qərb iqtisadi fikrinin digər nümayəndələri Adam Smit və Devid Rikardodur ki, onlar iqtisadi nəzəriyyəyə dair əsərlərini bazarın özünütənzimləməsinə, pul dövriyyəsinə, əmtəə istehsalına, bazar münasibətlərinin və ticarətin tənzimlənməsində dövlətin roluna həsr etmişlər.
Açar sözlər: ticarət, pərakəndə satış, planlaşdırma, innovasiya, texnologiya