Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/51/27-31

Qafar Bağırov

Bakı Biznes Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-9912-5353

qafar.baghirov@gmail.com

 

Post-münaqişə bölgələrində aqrar sahibkarlığın inkişafında insan kapitalının və institusional mexanizmlərin rolu

 

Xülasə

 

Post-münaqişə şəraitində iqtisadi fəaliyyətin bərpası və regionların dayanıqlı inkişafının təmin olunması Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdəndir. Bu kontekstdə aqrar sahibkarlığın inkişafında insan kapitalının formalaşdırılması və institusional mexanizmlərin səmərəliliyi xüsusi əhəmiyyət daşıyır. Məqalədə bu amillərin qarşılıqlı təsiri nəzərdən keçirilir, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan təhlillər əsasında insan kapitalının keyfiyyəti, peşə hazırlığı, idarəetmə səmərəliliyi və infrastruktur təminatı kimi əsas istiqamətlər qiymətləndirilir. Tədqiqat nəticələri göstərir ki, innovativ təlim modellərinin tətbiqi, kənd təsərrüfatında rəqəmsal texnolo-giyaların genişləndirilməsi və idarəetmədə şəffaflıq aqrar sektorun dirçəldilməsinə mühüm töhfə verir. Dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi, regionlarda peşə təhsili mərkəzlərinin yaradılması və resursların səmərəli bölgüsü dayanıqlı sahibkarlığın formalaşması üçün əsas mexanizmlər kimi dəyərləndirilir.

Açar sözlər: insan kapitalı, aqrar sahibkarlıq, institusional inkişaf, post-münaqişə, dayanıqlı iqtisadiyyat

 


Baxış: 11