Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/14-20

Elizə İsmayılova

Bakı Dövlət Universiteti

fəlsəfə üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0004-9542-446X

eliza_ismayilova@yahoo.com

 

Probasiya xidməti əhalinin sosial rifahının yaxşılaşdırılmasında

sosial xidmət nümunəsi kimi

 

Xülasə

 

Qanunvericiliyin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi əhalinin sosial həyatına dəstək kimi dəyərləndirilir. Probasiya xidmətinin nəzarətində olan təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, sosial iş və xidmət təcrübələri çərçivəsində təhlil olunmaqla onlara sosial adabtasiya və reablitasiya tədbirlərinın görülməsi son illər sosial xidmət mütəxssislərinin bu sahəyə yeni metod və yanaşmanın zəruriliyini ortaya qoyur. Bu məqalədə əhalinin sosial cəhətdə daha həssas və risk qruplarına aid olan şəxslərinin törətdikləri qanun pozuntularına görə qanunvericiliklə nəzərdə tutulmuş humanist prinsiplərlə onların cəmiyyətdən kənar saxlamamaqla hansı sosial adabtasiya və reablitasiya nümunəsindən istifadə edə bilərik kimi halları təhlil etməyə çalışmışam. Probasiya xidmətinin nəzarətində olan şəxslərin ailəsinə, cəmiyyətə sağlam düşüncə ilə təkrar qazandırılması qabaqlayıcı və qoruyucu sosial xidmət metodlarından istifadə olunmaqla bu işə əhəmiyyətli dərəcədə öz müsbət təsirini qoya biləcəyini düşünürəm. Hər bir cəmiyyətin milli-mənəvi dəyərlər sistemi mövcuddur, Azərbaycan türklərinin də milli adət-ənənəsinə, dəyərlərinə xas olan xüsuslarını, insan fəzilətlərini  sosial xidmət sahəsinə tətbiq etmək məqsədəuyğun hesab edilə bilər. Probasiya xidməti nəzarətində olan şəxslər bəşəri fəzilətlərin mənəvi-əxlaqi təsirini  psixo-sosial təhsil modelindən istifadə etməklə, tətbiq etməklə onların çətin həyat tərzinin yaxşılaşdırılmasına nail olmaq olar. İnsanlar düşdükləri çarəsiz vəziyyətlə qarşılaşdıqları zaman  problemin öhdəsindən gəlmək bacarıqlarında fəzilətlərin əhəmiyyətli dərəcədə yeri vardır. Fəzilətdən uzaq insani məziyyətlər ailədə, cəmiyyətdə var olan problemlərin dərinləşməsinə və sosial cəhətdən çətin həyat tərzinə malik olan insanları asanlıqla cinayətə sürükləməyə səbəb ola bilir.

Bu araşdırmada təhlil olunan insan fəzilətlərinə dair psixo-sosial təhsil tətbiqi və bir qrup iş kimi qurulması və probasiya xidmətində sosial işin aspekti kimi müsbət töhfə verəcəyini düşünürəm.

Açar sözlər: probasiya, qanun, sosial xidmət, ədalət, davranış, humanizm, fəzilət


Baxış: 24