Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/80-84

Arzu İsayeva

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

arzu.ahmadova@mail.ru

https://orcid.org/0000-0002-6032-3659

 

 

Publisistika tariximizin görkəmli tədqiqatçısı

 

Xülasə

Təqdim olunmuş məqalədə görkəmli tarixçi alim, mətbuat araşdırmaçısı, yaradıcılığında milli məfkurə məsələsini həmişə ön planda saxlayan professor Şirməmməd Hüseynovun tədqiqatlarında milli yaddaş və mənəvi irs problemləri təhlil olunur. Müəllif bu mövzunun ətraflı araşdırılması üçün tədqiqat obyekti kimi professor Ş. Hüseynovun görkəmli publisist Üzeyir Hacıbəyli haqqında təd­qiqatlarını əsas götürür.

Məqalədə qeyd olunduğu kimi, bütün Şərq dünyasında ilk operanın müəllifi olan Üzeyir bəy Azərbaycan peşəkar musiqisinin banisi, xalqımızın və milli mənəviyyatımızın sarsılmaz sütunların­dan biridir. Ü. Hacıbəyli təkcə ölməz musiqi əsərləri ilə deyil, həm də ədəbi yaradıcılığı və publi­sistik yazıları ilə də Azərbaycan xalqının ictimai fikir xəzinəsini zənginləşdirmişdir. Məqalədə qeyd olunduğu kimi, Ü. Hacıbəylinin XX əsrin əvvəllərindən başlayan qaynar ictimai fəaliyyəti, müxtəlif mətbu orqanlarda milli tərəqqiyə və ictimai oyanışa çağıran yazıları bir məşəl kimi xalqımızın dirçəliş yolunu işıqlandırmışdır. Buna görə də bəzi tədqiqatçılar Üzeyir Hacıbəylini “Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli ədəbi şəxsiyyət, xalqımızın iftixarı və XX əsrin qüdrətli sənətkarı” adlandırlar. Professor Ş. Hüseynov isə milli düşüncəyə verdiyi töhfələrə görə onu “milli müqəddəslər” siyahısında görür.

Açar sözlər: mətbuat, milli ideya, milli yaddaş, mənəvi irs, mətn, publisistika

 


Baxış: 71