Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Qarabağ regionunda “Ağıllı kənd” konsepsiyasının tətbiqi: davamlı inkişaf və rəqəmsal transformasiya

 

İradə İskəndərova

 

Xülasə. Məqalədə Qarabağ regionunda “Ağıllı kənd” konsepsiyasının tətbiqi, onun davamlı inkişafın təmin edilməsində və rəqəmsal transformasiyanın sürətləndirilməsində rolu araşdırılır. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, innovativ texnologiyaların tətbiqi və sosial-iqtisadi inkişafın dəstəklənməsi “Ağıllı kənd” modelinin əsas prioritetləri kimi qiymətləndirilir. Tədqiqat çərçivəsində ağıllı enerji sistemləri, rəqəmsal idarəetmə, ekoloji davamlılıq, ağıllı kənd təsərrüfatı və yüksək sürətli internet infrastrukturu kimi komponentlərin regionun inkişafına təsiri təhlil edilir. Həmçinin, konsepsiyanın kənd əhalisinin rifahının yüksəldilməsi, məşğulluğun artırılması və kənddən şəhərə miqrasiyanın azaldılması baxımından əhəmiyyəti vurğulanır. Məqalədə Qarabağ regionunda həyata keçirilən pilot layihələrin nəticələri və beynəlxalq təcrübələr müqayisəli şəkildə qiymətləndirilərək gələcək inkişaf perspektivləri müəyyən edilir. Nəticə etibarilə, “Ağıllı kənd” konsepsiyasının Qarabağda tətbiqi regionun iqtisadi dirçəlişi, sosial inteqrasiyası və rəqəmsal ekosistemin formalaşması üçün strateji əhəmiyyət daşıyır.

 

Açar sözlər: ağıllı kənd, Qarabağ, rəqəmsal transformasiya, dayanıqlı inkişaf, kənd inkişafı, innovasiya

 


Baxış: 6