Qarabağ regionunda sərbəst iqtisadi zona modelinin
tətbiq perspektivləri
Zeynəb Nəzərəliyeva
Xülasə. Məqalədə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın iqtisadi coğrafiyasında yenidən formalaşan Qarabağ regionunda sərbəst iqtisadi zona (SİZ) modelinin tətbiq perspektivləri araşdırılır. Tədqiqat çərçivəsində ənənəvi zona anlayışından fərqli olaraq regionun yaşıl enerji potensialı, multimodal logistika imkanları və rəqəmsal klaster elementi kimi strateji cəhətləri ön plana çəkilir. Müqayisəli təhlil çərçivəsində Cənubi Koreyanın Songdo şəhəri, BƏƏ-nin Masdar City layihəsi və Gürcüstanın Poti Azad Sənaye Zonası nəzərdən keçirilmişdir. Nəticələr göstərir ki, regionun təbii ehtiyatları və coğrafi mövqeyindən düzgün istifadə edildikdə, Qarabağ Cənubi Qafqazın ən cəlbedici investisiya mərkəzlərindən birinə çevrilə bilər.
Açar sözlər: Qarabağ, sərbəst iqtisadi zona, yaşıl iqtisadiyyat, Zəngəzur dəhlizi, aqrotexnologiya, rəqəmsal klaster, post-münaqişə inkişafı