DOI: https://doi.org/10.36719/2789-6919/47/60-63
Kənan Hüseynzadə
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0006-8115-1856
guseynovkanan18@gmail.com
Qələbənin simvolu: Şuşanın strateji və simvolik əhəmiyyəti
Xülasə
Şuşa şəhərinin azad olunması İkinci Qarabağ Müharibəsinin həlledici hadisəsi və tarixi ədalətin bərpasının simvolu olmuşdur. Strateji mövqeyinə görə Şuşa hərbi əməliyyatların gedişatında mühüm rol oynamışdır. Bundan əlavə, Şuşa Azərbaycan xalqı üçün böyük mədəni və mənəvi əhəmiyyət daşıyır. Bu şəhərin geri qaytarılması təkcə hərbi qələbə deyil, eyni zamanda milli şüurun və mədəni kimliyin dirçəlişi demək idi.
Açar sözlər: strateji əhəmiyyət, simvolik əhəmiyyət, tarixi ədalət, mədəni irs, Azərbaycan, milli kimlik, zəfər, azadlıq