Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/193-197

Cavid Haşımlı

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0006-6460-3056

hasimlicavid4@gmail.com

 

Qida bazarında qiymət tənzimlənməsi üzrə hüquqi

mexanizmlərin təkmilləşdirilməsi

 

Xülasə

 

Qida bazarı istənilən ölkənin iqtisadi və sosial sabitliyində mühüm rol oynayır. Bu bazarda qiymətlərin kəskin dəyişməsi, xüsusilə əsas ərzaq məhsulları üzrə süni bahalaşma və ya qıtlıq halları, əhalinin sosial rifahına və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu baxımdan, qiymət tənzimlənməsi üzrə hüquqi mexanizmlərin formalaşdırılması və təkmilləşdirilməsi dövlətin prioritet vəzifələrindən biridir. Məqalədə Azərbaycan Respublikasında qida bazarının hüquqi tənzimlənməsi sahəsində mövcud normativ-hüquqi baza təhlil olunmuş, tətbiq edilən qiymət siyasəti və onun icrasına nəzarət mexanizmləri araşdırılmışdır. Qanunvericilikdəki boşluqlar, müvafiq orqanlar arasında səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər və nəzarət alətlərinin qeyri-effektivliyi mövcud problemlər sırasında göstərilmişdir. Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq qida məhsullarının qiymət sabitliyinin təmin edilməsində dövlət tənzimləməsinin optimal modelləri və mexanizmləri təqdim olunur. Bunlara vergi və subsidiyalaşma vasitələri, rəqabət mühitinin qorunması, inhisarçılıqla mübarizə və fövqəladə hallarda qiymət tavanlarının tətbiqi kimi tədbirlər daxildir. Sonda, mövcud hüquqi mexanizmlərin daha effektiv və şəffaf işləməsi üçün təkliflər irəli sürülür. Bu təkliflər çərçivəsində hüquqi aktların təkmilləşdirilməsi, institusional potensialın artırılması və ictimai nəzarətin gücləndirilməsi vacib amillər kimi vurğulanır. Məqalə, qida bazarındakı qiymət sabitliyinin təmin olunmasında hüquqi mexanizmlərin rolu və inkişaf istiqamətləri baxımından nəzəri və praktik əhəmiyyət daşıyır.

Açar sözlər: qida bazarı, qiymət tənzimlənməsi, hüquqi mexanizmlər, ərzaq təhlükəsizliyi, dövlət tənzimləməsi


Baxış: 44