DOI: https://doi.org/10.36719/2663-4619/115/250-253
Seyyub Əsədov
Şirvan şəhər 11№-li tam orta məktəb
https://orcid.org/0009-0005-8010-1737
seyyub1967@gmail.com
Qızıl Orda xanı Şadı bəy haqqında
Xülasə
Məqalədə Şirvanşahlar dövlətinin Qızıl Orda dövləti ilə münasibətlərindən bəhs olunur. 1400-1408-ci illərdə baş verən hadisələrdən söhbət gedərkən Qızıl Orda xanı Şadı bəyin Şirvanşahlar dövlətində siyasi sığınacaq tapması məsələsinə toxunmaqla göstərilir ki, o dövrdə Şirvanşahlar dövləti təkcə Cənubi Qafqazda yox, Yaxın və Orta Şərqdə ən qüdrətli və Avroasiya dövlətləri içərisində xüsusilə seçilən bir dövlət olmuşdur. Belə məsələlərin işıqlandırılması şagird və tələbələrimizin öz dövlətçiliyi ilə fəxr etməklə yanaşı, həm də dövlətçiliyimizə olan məhəbbətini qat-qat artırmış olar.
Açar sözlər: Azərbaycan, Şirvanşahlar dövləti, Qızıl Orda dövləti, Teymurilər, Əmir Teymur, Toxtamış xan, Şirvanşah I İbrahim, siyasi münasibətlər