Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/152-156

Ülkər Ramazanova

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0002-1464-0255

ulkerramazanova7@gmail.com

 

Qızların təhsildən yayınma səbəbləri: sosial və mədəni faktorların təhlili

 

Xülasə

 

Bu məqalədə qızların təhsildən yayınma səbəbləri ətraflı şəkildə təhlil olunur və bu problemin fərdi və ictimai səviyyədə yaratdığı sosial, iqtisadi və mədəni təsirlər araşdırılır. Araşdırmanın əsas məqsədi qızların təhsildən yayınmasının arxasında duran əsas amilləri müəyyən etmək və bu problemin aradan qaldırılması üçün tövsiyələr irəli sürməkdir. Ailədaxili münasibətlər, erkən nikahlar, sosial stereotiplər, maddi çətinliklər və valideynlərin təhsilə münasibəti kimi amillər bu prosesdə əsas rol oynayır. Əldə olunan nəticələr göstərir ki, bəzi ailələrdə qız uşaqlarının təhsili önəmli sayılmır və onlar erkən yaşlardan ev işlərinə istiqamətləndirilir, bu da onların məktəbdən uzaq qalmasına səbəb olur. Eyni zamanda, təhsil sistemindəki çatışmazlıqlar, hüquqi mexanizmlərin zəifliyi və maarifləndirmə işlərinin kifayət qədər aparılmaması da problemi dərinləşdirir. Məqalədə həm yerli, həm də beynəlxalq statistik məlumatlar əsasında problemin miqyası və qlobal əhəmiyyəti ön plana çəkilir və bir sıra ölkələrdə tətbiq edilən uğurlu layihələr də nümunə kimi təqdim olunur. Məqalənin sonunda isə dövlət, cəmiyyət və ailə arasında əməkdaşlığa əsaslanan, qızların təhsilə bərabər çıxışını təmin etməyə yönəlmiş tədbirlər irəli sürülür. Bu tədqiqat qızların təhsil hüquqlarının pozulmasının əsas səbəblərini ortaya çıxarmağı hədəfləyir.

Açar sözlər: Təhsildən yayınma, gender bərabərsizliyi, erkən nikah, təhsil hüquqları, maarifləndirmə, qadın təhsili, təhsilə çıxış imkanları


Baxış: 61