Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/88-91

Günel Əyyubova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universiteti

magistrant

https://orcid.org/0009-0009-4745-3254

eyyubova.gunel28@gmail.com

 

Quba soyqırım memorial kompleksinin nümuməsində memorial

abidələrin milli kimliyin formalaşmasına təsiri

 

Xülasə

 

Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycanın tarixini və milli kimliyini yaşatmaq üçün böyük önəm daşıyır. Bu abidə yalnız faciənin xatirəsini əbədiləşdirmir, həm də xalqın kollektiv yaddaşını gücləndirir. Memorial abidələr milli şüurun formalaşmasına və vətənpərvərlik duyğusunun artmasına kömək edir. Quba Soyqırımı Kompleksi, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyətini dünya səviyyəsində tanıtmada mühüm rol oynayır. Belə abidələr gələcək nəsillərə keçmişin dərslərini çatdırmaqla yanaşı, milli birliyi və gücü də təbliğ edir, həm də milli kimliyin qorunmasında və möhkəmləndirilməsində əsas vasitə rolunu oynayır. Məqalənin məqsədi, Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasının və memorial abidələrin milli kimliyin qorunmasındakı rolunu təhlil etməkdir.

Açar sözlər: Quba Soyqırımı, memorial abidə, milli kimlik, tarixi yaddaş, soyqırım, kollektiv yaddaş, vətənpərvərlik


Baxış: 228