Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Radioelektron mübarizə şəraitində pilotsuz uçuş aparatlarının idarə olunması və telemetrik məlumat ötürülməsi üçün tezlik sıçrayışlı sistemin işlənib hazırlanması və eksperimental sınaqları

 

Muxtar Əzizullayev1* , Rəşad Nemətzadə2 , Günel Rzayeva3 ,

Türkan Muradova4 , Nuray Əzizullayeva4

 

Xülasə: Bu tədqiqat radioelektron mübarizə şəraitində pilotsuz uçuş aparatlarının (PUA) telemetriya sistemlərinin etibarlılığının artırılmasına yönəlmiş tezlik sıçrayışına əsaslanan rabitə yanaşmasını araşdırır. Tədqiqat çərçivəsində EasyEDA mühitində STM32 F405 mikroidarəedicisi əsasında uçuş kontrolleri layihələndirilmiş və eyni aparat platformasında iki alternativ telemetriya rabitə konfiqurasiyası həyata keçirilmişdir. Birinci konfiqurasiyada 2,4 GHz diapazonunda rabitə üçün NRF24L01 modulu istifadə edilmiş, ikinci konfiqurasiyada isə 868 MHz diapazonunda fəaliyyət göstərən RFD868x modulu inteqrasiya olunmuş və eyni sınaq şərtləri altında qiymətləndirilmişdir. Müdaxilələrə və kanalın bloklanmasına qarşı dayanıqlığın artırılması məqsədilə tezlik sıçrayışı alqoritmi hazırlanmış və telemetriya arxitekturasına inteqrasiya edilmişdir. Hər iki konfiqurasiyanın rabitə göstəricilərini qiymətləndirmək üçün 50 m, 100 m, 200 m və 500 m məsafələrdə eksperimental tədqiqatlar aparılmışdır. Sınaqlar zamanı RSSI, SNR, BER, gecikmə (latency) və yol itkisi (Path Loss) kimi əsas ötürmə parametrləri ölçülmüş və müvafiq riyazi modellərlə birlikdə təhlil edilmişdir. Nəticələr göstərir ki, təklif olunan tezlik sıçrayışı yanaşması radioelektron müdaxilələrin mövcud olduğu şəraitdə telemetriya kanalının dayanıqlığını əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, müqayisəli təhlil təsdiq edir ki, rabitənin sabitliyi yalnız tezlik sıçrayışı strategiyasından deyil, həm də seçilmiş tezlik diapazonundan, telemetriya modulunun xüsusiyyətlərindən və antenna konfiqurasiyasından asılıdır.

Açar sözlər: pilotsuz uçuş aparatı (PUA), telemetriya sistemi, tezlik sıçrayışı, FHSS, radioelektron mübarizə, elektromaqnit müdaxiləsi, siqnal-küy nisbəti (SNR), qəbul edilmiş siqnal gücü göstəricisi (RSSI), bit səhv əmsalı (BER), yol itkisi (Path Loss), telemetriya kanalı, rabitənin etibarlılığı, uçuş kontrolleri, müdaxiləyə davamlı rabitə, simsiz telemetriya


Baxış: 125