DOI: https://doi.org/10.36719/2789-6919/51/44-47
Nigar Kazımova
Bakı Biznes Universiteti
https://orcid.org/0009-0001-6252-4024
nigar. novruzlu18@gmail.com
Rəqəmsal bacarıqlar dövründə karyera planlamasında
yeni tendensiyalar
Müasir dövrdə rəqəmsallaşma və süni intellektin sürətli inkişafı əmək bazarının strukturunu, karyera anlayışını və insan resurslarının idarə edilmə mexanizmlərini tamamilə dəyişmişdir. Artıq karyera planlaması yalnız peşə seçimi deyil, insanın rəqəmsal bacarıqlarını, adaptiv öyrənmə qabiliyyətini və emosional sabitliyini inkişaf etdirməyə yönəlmiş çoxşaxəli bir prosesdir. Avtomatlaşdırma və süni intellektin tətbiqi nəticəsində bir çox ənənəvi peşələr aradan qalxır, eyni zamanda, rəqəmsal bacarıqlar tələb edən yeni ixtisaslar meydana çıxır. Müasir əmək bazarı artıq texniki biliklərlə yanaşı, adaptiv öyrənmə, emosional intellekt və sosial bacarıqların vəhdətini tələb edir. Karyera planlaması “bir dəfə seçilən peşə” anlayışından çıxaraq fərdiləşdirilmiş, çevik və davamlı inkişaf yönümlü bir prosesə çevrilmişdir. Yeni peşə növlərinin yaranması, avtomatlaşdırma və süni intellektin tətbiqi karyera planlamasına fərqli yanaşmalar tələb edir. Rəqəmsal bacarıqlar dövründə yaranan yeni ixtisaslar, yeni bacarıqlar, həmçinin süni intellektdən istifadə olunması artıq karyera planlamasının istiqamətini dəyişdirmişdir. Süni intellekt və avtomatlaşdırma şəraitində fərdlər çevik, öyrənməyə açıq və texnoloji savadlı olmalıdır.
Açar sözlər: rəqəmsal iqtisadiyyat, karyera planlaması, süni intellekt, bacarıq bazarı, fərdiləşdirmə