Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/93-98

Elnurə Məmmədova

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0009-9286-8889

elnura.mammadova2023@khazar.org

 

Rəqəmsal savadlılıq və sosial media alətlərinin öyrənmə prosesinə inteqrasiyası

 

Xülasə

Rəqəmsal savadlılıq və sosial media alətlərinin öyrənmə prosesinə inteqrasiyası müasir təhsil sistemində innovativ və effektiv yanaşma kimi çıxış edir. XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal alətin gündəlik həyata inteqrasiyası təhsil sistemində yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. Bu kontekstdə rəqəmsal savadlılıq anlayışı yalnız texnoloji vasitələrdən istifadə bacarığı ilə məhdudlaşmayaraq, rəqəmsal informasiyanın axtarışı, emalı, qiymətləndirilməsi və təhlükəsiz istifadəsini də əhatə edən kompleks bir basarıq kimi çıxış edir. Təhsil prosesində sosial media alətlərinin tətbiqi isə bu istiqamətdə innovativ yanaşmaların formalaşmasına imkan yaradır. Məqalədə rəqəmsal savadlılığın komponentləri və təhsil prosesinə təsiri sistemli şəkildə təhlil olunmuş, sosial media platformalarının pedaqoji imkanları, onların tədris prosesinə inteqrasiyası və bu inteqrasiyanın öyrənmə nəticələrinə təsiri araşdırılmışdır. Müxtəlif sosial media alətlərinin interaktiv öyrənmə mühitinin yaradılmasında rolu, müəllim və tələbə münasibətlərinə təsiri və tədrisin keyfiyyətinə verdiyi töhfələr elmi ədəbiyyatın təhlili və praktiki nümunələr əsasında təqdim edilmişdir. Tədqiqat nəticələri sübut edir ki, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi və sosial media vasitələrinin düzgün və məqsədyönlü istifadəsi tələbələrin yaradıcı təfəkkürünün inkişafına, öyrənmə motivasiyasının artmasına və daha çevik, interaktiv təhsil mühitinin qurulmasına şərait yaradır. Məqalə müasir təhsil mühitində rəqəmsal resursların effektiv tətbiqi və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə perspektivlərinə dair tövsiyələr təqdim edir.

Açar sözlər: sosial media, rəqəmsal savadlılıq, akademik performans, İKT, platforma


Baxış: 63