Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/186-190

Aygül İsmayılzadə

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0001-9212-3475

ismayilzadeaygul8@gmail.com

 

Rəqəmsal texnologiyaların idarəetmə uçotuna təsiri

 

Xülasə

 

Son illərdə rəqəmsal transformasiya biznes proseslərini köklü şəkildə də­yiş­dir­­miş və idarəetmə uçotunun inkişafında əsas istiqamətlərdən birinə çevrilmişdir. Rə­qəmsal texnologiyalar informasiya axınının sürətini artırmaqla, idarəetmə uço­tu­nun metodoloji əsaslarını yenidən formalaşdırır və qərarların daha çevik və analitik əsa­s­larla qəbul edilməsinə şərait yaradır. Məlumatların həcm və müxtəlifliyinin art­­ması ənənəvi uçot sistemlərinin məhdudiyyətlərini üzə çıxarmış, struk­tur­laş­dı­rıl­mış və strukturlaşdırılmamış məlumatlardan istifadəni zəruri etmişdir.

Böyük Data Analitikası (BDA) idarəetmə uçotunda geniş tətbiq olunaraq plan­­laşdırma, proqnozlaşdırma və performans ölçümü proseslərinin əsas kom­po­nen­­tinə çevrilmişdir. Rəqəmsal transformasiya eyni zamanda müəyyən risklər də ya­­radır belə ki, məlumat axınının intensivliyi, proqnozlaşdırma modellərinin qeyri-də­­qiqliyi və xərc strukturunun mürəkkəbləşməsi qərarvermə prosesində səhv risk­lə­­rini artırır.

Texnologiyaların tətbiqi (bulud əsaslı ERP sistemləri, süni intellekt, Robot Pro­ses Avtomatlaşdırması və Böyük Data Analitikası) məlumatların real vaxtda top­­lanması və təhlilini mümkün edir, büdcələşdirmə, xərc analizini avtomatlaşdırır və insan amilindən yaranan səhvləri minimuma endirir. Bu sistemlər rəhbərliyə stra­teji və əməliyyat səviyyəsində etibarlı informasiya təmin edir, qərarverməni sü­rət­ləndirir və risk idarəçiliyini təkmilləşdirir.

Azərbaycanda idarəetmə uçotunun rəqəmsal transformasiyası mərhələli su­rət­də həyata keçirilir. Dövlət təşəbbüsləri və özəl sektorun texnologiyalara adap­ta­si­ya­sı olsa da, genişmiqyaslı statistika hələ mövcud deyil. Buna baxmayaraq, rə­qəm­sal­laşma və məlumat analitikası tətbiqi müəssisələr üçün daha səmərəli idarəetmə və proqnozlaşdırma imkanları yaradır.

Açar sözlər: rəqəmsal texnologiya, rəqəmsal transformasiya, idarəetmə uçotu, ERP sistemləri, RPA, Böyük Data Analitikası, süni intellekt

 

 


Baxış: 9