Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/82-88

Tahirə Əsgərova

Azərbaycan Tibb Universiteti

biologiya elmləri doktoru

https://orcid.org/0009-0006-5528-0136

tahira.askarova@mail.ru

Həbibə Qədirli

Azərbaycan Tibb Universiteti

magistrant

https://orcid.org/0009-0008-6309-4389

habibaqadirli@gmail.com

 

Revmatizm və irsi kollagenozları olan uşaqların bəzi biokimyəvi

göstəricilərinin müqayisəsi

 

Xülasə

 

Uşaqlarda revmatizm və irsi kollagenozlar, əsasən, birləşdirici toxuma zədələnmələri ilə səciyyələnən mürəkkəb irsi və ikincili xəstəliklərdir. Bu xəstəliklər orqanizmdə metabolik proseslərin pozulmasına səbəb olur. Belə proseslər bir sıra biokimyəvi göstəricilərdə öz əksini tapır. İcmalda bir çox elmi ədəbiyyat mənbələrinin təhlilinə əsaslanaraq, revmatizm və irsi kollagenozlar zamanı kollagen mübadiləsinin mühüm markeri olan oksiprolinin, birləşdirici toxumanın əsas komponenti sayılan qlükozaminqlikanların və iltihab markerlərinin rolu müəyyənləşdirilmişdir. Aparılan təhlillər göstərir ki, bu xəstəliklər zamanı kollagenin parçalanması ilə əlaqədar olaraq qanda oksiprolinin və qlükozaminqlikanların səviyyəsinin artımı müşahidə olunur. Xüsusilə irsi kollagenozlar zamanı bu göstəricilərin dəyişiklikləri daha davamlı olur. Revmatizm zamanı əsasən kəskin faza zülallarının artması baş verdiyi halda, irsi kollagenozlar zamanı birləşdirici toxumanın metabolik pozğunluğu ilə əlaqəli göstəricilərdə dəyişikliklər müşahidə olunur. Lakin aparılan təhlillər göstərir ki, hər iki xəstəlik zamanı oxşar kliniki əlamətlər baş verir. Məhz bu xəstəliklər zamanı biokimyəvi göstəricilərin dəyişikliklərində baş verən fərqlər xəstəliklərin erkən diaqnostikası, proqnozlaşdırılması və müalicə taktikasının daha düzgün seçilməsinə təminat yarada bilər.

Açar sözlər: birləşdirici toxuma, kollagen, revmatizm, irsi kollagenoz, oksiprolin, qlükozaminqlikan

 

                                                                                                              


Baxış: 15