DOI: https://doi.org/10.36719/2789-6919/46/158-162
Vüsalə Qarayeva
Gəncə Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0004-2198-5360
karayeva.vusala@bk.ru
Mətanət Həsənova
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0000-8669-4637
gasanovamatanat43@gmail.com
Nəzrin Quliyeva
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0006-5496-5205
nezrinn.quliyeva@mail.ru
Leyla Bağırova
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0000-1778-9026
leyla1991@gmail.com
Riyaziyyatın tədrisi və modernləşməsi
Xülasə
Məqalədə ali təhsil müəssisələrində ümumi həmçinin, tətbiqi riyaziyyatın tədris edilməsində innovasiya və modernləşmə məsələləri araşdırılmışdır. Eyni zamanda, dövlət təhsil standartlarına müvafiq şəkildə tədris proqramlarının hazırlanma metodikası da təqdim olunmuşdur. Pedaqoji fəaliyyət daim dəyişikliklərə və inkişaflara bağlıdır, bu əlaqə isə müəllim və tələbənin qarşılıqlı əməkdaşlığı ilə yaranır. Təlim və tərbiyəni həmçinin, təhsilin effektivliyinin yüksək səviyyədə təmin olunmasında kollektiv və onu idarə edən məsul şəxslərin birlikdə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Ali təhsil, təhsil sisteminin əsas mərhələlərindən biridir. Ali təhsil ali məktəblərdə peşə-ixtisas proqramları əsasında təşkil olunur və icra edilir. Daim aktual qalan problemlərdən biri isə orta həmçinin, orta ixtisas məktəblərini bitirənlərin daha yüksək ixtisasa malik mütəxəssis kimi özlərini göstərməsində çətinliklər yaşamasıdır.
Açar sözlər: təhsil, riyaziyyat, innovasiya, İKT, təlim, texnologiya