DOI: https://doi.org/10.36719/2663-4619/123/150-155
Savalan Kərimov
Azərbaycan Texniki Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-7711-6683
savalan.kerimov@mail.ru
Səmayə Bağırova
Azərbaycan Texniki Universiteti
https://orcid.org/0000-0003-3273-9937
bagirova.samaya@bk.ru
Həbibəxanım Rzayeva
H.Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0007-3138-6822
rena.rzayeva64@gmail.com
Sabit sürətli hərəkət qanununu reallaşdıran beşbəndli
yastı kulis mexanizmin sintezinə dair
Xülasə
İki sərbəstlik dərəcəsinə malik beşbəndli yastı kulis mexanizmin tərkibinə bir ədəd ali kinematik cüt əlavə etməklə onu sərbəstlik dərəcəsi vahid olan mexanizmə çevirirlər. Mexanizmin kinematik sxemində aparılan bu dəyişiklik çıxış bəndinin tələb olunan hərəkət qanununu dəqiq reallaşdırmağa imkan yaradır. Məqalədə xüsusi hal kimi, çıxış bəndinin sabit sürətli hərəkətini reallaşdıran mexanizmin qrafo-analitik üsulla həllinə baxılmışdır. Çıxış bəndinin tələb olunan sabit sürətli hərəkət qanununu reallaşdıra bilən nöqtənin trayektoriyası tapılmışdır.
Açar sözlər: sintez, kulis, sərbəstlik dərəcəsi, bənd, kinematik cüt, mexanizm