Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Şah II Abbas dövründə (1642-1666) Səfəvi–Osmanlı əlaqələrinin siyasi və diplomatik aspektləri

 

Solmaz Əzimova

 

Xülasə. Məqalədə Şah II Abbasın hakimiyyəti dövründə (1642–1666) Səfəvi–Osmanlı münasibətlərinin siyasi və diplomatik aspektləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi XVII əsrin ortalarında iki imperiya arasında formalaşmış münasibətlərin xarakterini müəyyənləşdirmək, diplomatik əlaqələrin inkişaf dinamikasını və regional siyasətə təsirini təhlil etməkdir. Araşdırmanın əsas mənbəsini Məhəmməd Tahir Vəhidin “Abbasnamə” əsəri təşkil edir. Bununla yanaşı, dövrə aid digər tarixi mənbələr və müasir elmi ədəbiyyat da müqayisəli şəkildə tədqiqata cəlb edilmişdir. Məqalədə 1639-cu il Qəsri-Şirin müqaviləsindən sonra Səfəvi və Osmanlı dövlətləri arasında yaranmış siyasi sabitlik mühiti, qarşılıqlı elçilik missiyalarının fəaliyyəti, diplomatik yazışmalar, sərhəd məsələləri və regional hadisələr təhlil olunur. Xüsusi diqqət Şah II Abbasın xarici siyasət strategiyasına, Osmanlı dövləti ilə münasibətlərdə nümayiş etdirdiyi praqmatik mövqeyə və dövlətlərarası sülhün qorunmasına yönəlmiş diplomatik fəaliyyətinə yetirilmişdir. Bəsrə hadisələri, sərhəd bölgələrində baş verən lokal toqquşmalar və Başıaçıq məsələsi nümunəsində tərəflərin münaqişələrin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün həyata keçirdikləri tədbirlər araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şah II Abbas dövründə hər iki dövlət yeni hərbi qarşıdurmalardan yayınmağa, siyasi sabitliyi qorumağa və iqtisadi-ticarət əlaqələrinin inkişafına üstünlük vermişdir. Qarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyəti, elçilərin yüksək səviyyədə qəbulu və dövlətlərarası müqavilələrin şərtlərinə riayət olunması regionda sülhün qorunmasında mühüm rol oynamışdır. Nəticə etibarilə, XVII əsrin ortalarında Səfəvi–Osmanlı münasibətləri qarşıdurmadan daha çox diplomatik əməkdaşlıq, siyasi praqmatizm və regional sabitliyin təmin edilməsi istiqamətində inkişaf etmişdir.

 

Açar sözlər: Şah II Abbas, Səfəvi dövləti, Osmanlı imperiyası, diplomatik münasibətlər, Qəsri-Şirin müqaviləsi, elçilik missiyaları

 


Baxış: 20