Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/126/106-113

Əbülfəz Tağıyev

Bakı Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-2521-4182

abulfaztaghiyev@yahoo.com

Avtandil Musayev

Bakı Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8307-7633

musayevavtandil@yahoo.com

Arzu Xələfova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0003-6454-244X

arzu16xelefova@gmail.com

Elmira Muradova

Bakı Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-2632-4182

elmira.muradova.87@bk.ru

Samirə Bədəlova

Bakı Dövlət Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-7117-4386

samirabadalova@bsu.edu.az

 

Samur-Yalama Milli Parkında dendrofil quşların məskunlaşma xarakteri

 

Xülasə

 

2024–2025-ci illərdə Samur-Yalama Milli Parkında quşların reproduksiya və qışlama dövründə 61 növ dendrofil quşun məskunlaşma xarakteri öyrənilib. Məskunlaşma xarakterinə görə tədqiq edilən növlərdən oturaq populyasiyaya aid olanların 37 növü Passeriformes, 12 növü Falconiformes, 4 növü Piciformes, 3 növü Columbiformes, 3 növü Coraciiformes, 1 növü Strigiformes, 1 növü Cuculiformes dəstəsinə aiddir. Köçəri-yuvalayan quş populyasiyalarına Passeriformes dəstəsindən 13 növ, Falconiformes dəstəsindən 8 növ, Columbiformes dəstəsindən 3 növ, Coraciiformes dəstəsindən 3 növ, Cuculiformes dəstəsindən isə 1 növ daxildir. Dendrofil quşlardan qışlama və reproduksiya dövründə Passeriformes və Falconiformes dəstələrinə aid növlərin dominantlıq təşkil etməsi Milli Parkın təbii-coğrafi şəraiti ilə əlaqədardır. Samur-Yalama Milli Parkı yaranana qədər uzun illər ərzində antropogen təsirlər nəticəsində meşələrin qırılması, bağ sahələrinin salınması quşların yuvalama və qidalanma yerlərinin azalmasına, populyasiyalararası genetik əlaqələrin zəifləməsinə səbəb olmuşdur. Bununla yanaşı, meşədə qoçalmış, çürük, yerə yıxılmış ağacların götürülməsi və alt yarusdakı müxtəlif ot bitkiləri və kolluqların təmizlənməsi dendrofil quşların kəmiyyət və keyfiyyət göstəricilərinin azalmasına səbəb olub.

Açar sözlər: oturaq, köçəri-yuvalayan, dendrofil quşlar, məskunlaşma xarakteri, reproduksiya dövrü

 


Baxış: 7