DOI: https://doi.org/10.36719/2706-6185/46/7-14
Mehdi Bağırov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
iqtisad elmləri doktoru
https://orcid.org/0009-0000-4111-8978
m.bagirov.edu@mail.ru
Suat Qasımov
Naxçıvan Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0008-5584-7467
suat72202@gmail.com
Sənaye sektoru və inzibati xərclər: Məsrəf nomenklaturası
sahə müstəvisində
Xülasə
Tədqiqatın məqsədi – təsərrüfat subyektlərinin fəaliyyətində özünün icra etdiyi vəzifələrlə, tərənnüm etdiyi əhəmiyyətlə fərqlənən inzibati xərclərin mahiyyət və məzmununa, onların əhatə dairəsinə və daxili təsnifləşdirilməsinə aydınlıq gətirilməsi.
Tədqiqatın metodologiyası – müşahidə, qruplaşdırma, müqayisəli təhlil, induksiya, mütləq və nisbi kəmiyyətlər, deduksiya, balans metodlarından istifadə olunması.
Tədqiqatın nəticələri – araşdırmanın spesifikasiyalarını nəzərə alaraq xərclərin qanunauyğun şəkildə təsnifləşdirilməsi, həmin fəaliyyət əsasında fərqləndirici inzibati əlamətlərin sərgilənməsi, inzibati-təsərrüfat xərclərinin daxili təsnifatının kompleks şəkildə formalaşdırılması, həmin xərc qrupunun maliyyə və idarəetmə uçotu kontekstindən qiymətləndirilməsi.
Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti – təsərrüfat subyektləri tərəfindən inzibati-idarəetmə və digər analoji qaydalarda həyata keçirilən fəaliyyətin fasiləsiz qaydada təşkilinin sistemli şəkildə ifadə olunması, müəssisələr miqyasında zəruri limit və xüsusi çəkilər nəzərə alınmaqla inzibati xərclərin fərqli prizmalardan araşdırılması, müxtəlif layihələr üzrə inzibati xərclərin mütəşəkkil şəkildə, xərclərin vahid məcmuları daxilində qiymətləndirilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – inzibati-təsərrüfat və idarəetmə xərclərinin mümkün məqbul davranış imkanlarının qiymətləndirilməsi, onlar üzrə çoxsaylı baxış rakurslarına vahid yanaşmanın təmin edilməsi, müvafiq xərc qrupunun fərqli konfiqurasiyalar daxilində müşahidə altına alınması.
Açar sözlər: mühasibat uçotu, xərc elementləri, inzibati xərclər, xərc nomenklaturaları, xərclərə nəzarət