DOI: https://doi.org/10.36719/2706-6185/59/142-149
İlham İbişzadə
Novum LS
https://orcid.org/0009-0000-0841-0459
ilham.ibsh@gmail.com
Sənayedə süni intellektin tətbiqi və iqtisadi faydaları:
Çin və Sinqapur təcrübəsi əsasında müqayisəli təhlil
Xülasə
Məqalədə sənayedə süni intellektin tətbiqinin əsas iqtisadi faydaları və tətbiq modelləri Çin vəSinqapur təcrübəsi əsasında müqayisəli şəkildə təhlil olunur. Tədqiqatın məqsədi süni intellektin sənaye istehsalında məhsuldarlığın artırılması, xərclərin optimallaşdırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi və idarəetmə səmərəliliyinin yüksəldilməsi baxımından yaratdığı imkanları müəyyənləşdirməkdir. Məqalədə müqayisəli təhlil və analitik ümumiləşdirmə metodlarından istifadə olunmuşdur.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Çin modeli daha çox dövlət yönümlü, genişmiqyaslı və sürətli diffuziyaya əsaslanır, Sinqapur modeli isəhazırlıq səviyyəsinin qiymətləndirilməsi, mərhələli tətbiq və strukturlaşdırılmış idarəetmə ilə seçilir. Müəyyən edilmişdir ki, hər iki model sənayedə süni intellektin tətbiqinin iqtisadi səmərəliliyini artırsa da, bu nəticələr fərqli institusional və təşkilati mexanizmlər vasitəsilə əldə olunur. Məqalədə belə nəticəyə gəlinir ki, sənayedə süni intellektin uğurlu tətbiqi üçün vahid universal model mövcud deyil.
Hər iki yanaşma iqtisadi səmərəlilik yaratsa da, fərqli institusional mexanizmlərlə reallaşır. Problemin həlli kimi sənaye sisteminin xüsusiyyətlərinə uyğun çevik və adaptiv model seçilməsi təklif olunur. Bu məqsədlə məqalədə Çin və Sinqapur yanaşmalarını birləşdirən “Adaptiv Hibrid Süni İntellekt İnteqrasiya Modeli” irəli sürülür və onun tətbiqinin səmərəliliyi əsaslandırılır.
Açar sözlər: süni intellekt, sənaye, iqtisadi fayda, tətbiq modeli, Çin, Sinqapur, müqayisəli təhlil