Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025
DOI: https://doi.org/10.36719/2789-6919/53/99-103
Ləman Şahbazlı
Odlar Yurdu Universiteti
magistrant
https://orcid.org/0009-0009-0367-2965
lemanshahbaz2512@gmail.com
Sosial fəaliyyət – tələbələrin aktivliyini şərtləndirən amil kimi
Xülasə
Sosial fəaliyyət tələbələrin şəxsiyyət kimi formalaşmasında, ictimai proseslərə inteqrasiya olunmasında və universitet mühitində aktiv iştirakının təmin edilməsində əsas stimullaşdırıcı amillərdən biridir. Sosial fəaliyyətə tələbələrin könüllülük, sosial layihələr, tələbə təşkilatları, mədəni-kütləvi tədbirlər və ictimai təşəbbüslərdə iştirakı daxildir. Bu fəaliyyət növləri tələbələrdə liderlik, məsuliyyət, ünsiyyət və komanda bacarıqlarını gücləndirir, onların özünəinamını artırır və sosiallaşma prosesinə müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, sosial fəaliyyətdə müntəzəm iştirak tələbələrin akademik motivasiyasını yüksəldir, ali təhsil müəssisəsinə bağlılığını gücləndirir və ümumi sosial-psixoloji rifahını yaxşılaşdırır. Bununla yanaşı, sosial fəaliyyət mühitində əldə olunan praktiki təcrübə gələcək peşə inkişafı üçün əlavə üstünlüklər yaradır. Beləliklə, sosial fəaliyyət tələbə aktivliyinin formalaşmasında mühüm rol oynayan, onların həm fərdi, həm də sosial inkişafını təmin edən çoxşaxəli bir amildir.
Açar sözlər: sosial fəaliyyət, tələbə aktivliyi, ictimai iştirakçılıq, sosiallaşma, tələbə təşkilatları, könüllülük
Baxış: 40