Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Sosial maska fenomeni Azərbaycan televiziyası və sosial mediasında: tipologiya və arxetipik əsaslar (1995–2025)

 

Elçin Əlibəyli

 

Xülasə. Məqalə Azərbaycan televiziya və sosial media məkanında 1995–2025-ci illər ərzində televiziya aparıcısının ekran obrazının, «sosial maska» fenomeninin tarixi transformasiyasını araşdırır. Tədqiqatda K. Q. Yunqun arxetip nəzəriyyəsi, M. Mark və K. Pirsonun brend arxetipləri sistemi, P. Bourdieu-nun mediya sosiologiyası, E. Tofflerin mədəni dinamika konsepsiyası metodoloji çərçivə kimi istifadə edilmişdir. Azərbaycan teleməkanının müstəqillik dövrü (1995–2005), infoteynment dövrü (2005–2015) və rəqəmsal media dominantlığı dövrü (2015–2025) kimi üç əsas mərhələ müəyyənləşdirilmiş, hər mərhələnin özünəxas arxetipik dominantları analiz edilmişdir. Tədqiqat göstərir ki, Azərbaycanda hər siyasi-iqtisadi dönüşüm öz dominant arxetipini televiziya ekranında materiallaşdırmış, rəqəmsal dövrdə isə bu arxetipik çevrilmə sosial mediada daha sürətlə baş vermişdir. 2025-ci ildə ənənəvi televiziyanın media istehlakındakı payı cəmi 17 faizə enmiş, Instagram/TikTok/qısa video platformaları isə 34 faizə çatmışdır. Müdrik arxetipinin sistemli marjinallaşması, Aşiq və Təlxək arxetiplərinin istehlak mədəniyyəti çərçivəsindəki üstünlüyü Azərbaycan ictimai sahəsi üçün simptomatik xəbərdarlıq kimi qiymətləndirilir.

Açar sözlər: sosial maska, televiziya aparıcısı, arxetip, ekran obrazı, Azərbaycan televiziyası, sosial media, rəqəmsal transformasiya, klip təfəkkürü, kütləvi kommunikasiya, infoteynment

 


Baxış: 5