Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/55-60

Təranə Mahmudova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

mahmutaa06@gmail.com

https://orcid.org/0000-0002-2826-1531

 

Sosial medianın tənzimlənməsini zəruri edən amillər və mümkün həll yolları

 

Xülasə

Sosial media platformları bir çox üstünlüklərinə baxmayaraq, son zamanlar tənqid, narazılıq və məyusluq obyektinə çevrilir. Əsas şikayətlər birbaşa və ya dolayısı ilə media etikası məsələsi və ya kütləvi etik zorakılıq halları ilə bağlıdır. Biz onilliklər boyu xüsusi idarəetmə modeli əsasında qurulmuş qaydaların və kütləvi kommunikasiya kodlarının sürətlə dəyişməsinin şahidi oluruq. İndi bu dəyişikliklər "dalğaları" sürətlə yayılır, həyatımıza və düşüncə tərzimizə kəskin şəkildə təsir edir. Bu proseslər göstərir ki, sosial medianın gətirdiyi bir sıra dəyişikliklər öncədən proqnozlaşdırıla bilmədiyinə görə cəmiyyətlərdə etibarsızlıq və çaşqınlıq hissinin artmasına səbəb ola bilər. Şübhəsiz ki, bu vəziyyət hökumətləri də narahat etməyə bilməz. Ona görə də bəzi ölkələr sosial medianı tənzimləməyə çalışır. Biz bu prosesin daha da genişləndiyinin şahidi oluruq. Bəzi ölkələr sosial medianı tənzimləmək üçün öz metodlarını və ya modellərini işləyib hazırlamışlar. Bəziləri hətta Tiktok kimi xüsusi sosial media platformlarını bağlamaq qərarına gəlmişlər. Araşdırmada bu kimi suallara cavab axtarılır: Sosial medianın tənzimlənməsi ilə bağlı görülən qlobal və yerli tədbirlərlə cəmiyyətlərdə mövcud olan müvafiq vəziyyət yaxşılaşırmı? Bu tendensiyalar qlobal səviyyədə tət­biq edilmək üçün nə dərəcədə faydalıdır? “Sosial medianın yeni tənzimləmə qaydaları”nın yara­dılması bu platformlara olan inamımıza necə təsir edəcək?

Açar sözlər: ənənəvi media, yeni media, sosial media, tənzimləmə, çağırışlar

 


Baxış: 73