Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/103-109

Səidə Quliyeva

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0003-4320-3425

saidaquliyeva@bsu.edu.az

 

Soyqırımı və müharibə cinayətləri:

dünya və Azərbaycan təcrübəsində yaddaş siyasəti

 

Xülasə

 

Tədqiqatın əsas məqsədi müharibə cinayətləri və soyqırımlarına (Holokost, Ruanda, Srebrenitsa, Əlcəzair, Ukraynada Qolodomor və Buça, Azərbaycanda 1918-ci il və Xocalı soyqırımları) aid ha­di­sələrin kollektiv yaddaşın formalaşması, maarifləndirmə və siyasi funksiyalarını araşdırmaqdır. Xü­susilə, alman və erməni faşistləri tərəfindən törədilmiş cinayətlərin sənədləşdirilməsi və bey­nəl­xalq ictimaiyyətə təqdim olunması istiqamətində görülən işlərə diqqət yetirilir. Araşdırmanın nəti­cələri göstərir ki, memorial muzeylər bu gün təkcə xatirə məkanları deyil, eyni zamanda siyasi və hü­quqi mübarizə vasitələri kimi də çıxış edirlər. Azərbaycanlılara qarşı törədilmiş cinayətlərə aid müvafiq abidələrin ucaldılması və beynəlxalq hüquqi tanınma istiqamətində səylər tarixi zərurət kimi təqdim olunur. Mövzu Azərbaycan tarixşünaslığında ilk dəfə tədqiqata cəlb edildiyindən elmi baxımdan əhəmiyyətlidir.

Açar sözlər: soyqırımı, müharibə cinayətləri, memorial muzeylər, yaddaş siyasəti, Holokost, Srebrenitsa, Xocalı soyqırımı, 1918-ci il soyqırımı


Baxış: 335