Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019 Arxiv

MƏQSƏD VƏ ƏHATƏ DAİRƏSİ

 

"Nature & Science" beynəlxalq elmi jurnal aqrar elmlər, biologiya elmləri və kimya elmi üzrə orijinal tədqiqat və icmal məqalələri dərc edən resenziyalı açıq girişli elmi nəşrdir. İl ərzində 6 sayı çap olunur.

Jurnal qlobal elmi ictimaiyyət üçün bir platforma olaraq, alimlər, tədqiqatçılar, mütəxəssislər, doktorantlar, magistrlər, müəllimlər və müvafiq elm sahələri üzrə təhsil alan tələbələr üçün elmi araşdırma nəticələrini və nailiyyətlərini paylaşmaq imkanı yaradır.

 

Məqsəd 

"Nature & Science" beynəlxalq elmi jurnalının əsas məqsədi beynəlxalq standartlara cavab verən yeni elmi tədqiqatların nəşri vasitəsilə qlobal miqyasda elmi biliklərin inkişafına töhfə verməkdir. Jurnal açıq girişli elmi tədqiqatları dəstəkləməklə, elmi ideyaların mübadiləsini və qlobal elmi əməkdaşlığı təşviq edir.

 

Əhatə dairəsi

Jurnalın əhatə dairəsinə aşağıdakı elm sahələri daxildir:

 

Aqrar elmlər

Qida istehsalı, təhlükəsizliyi, keyfiyyəti və qida mühafizəsi, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq, torpaqşünaslıq, aqroekologiya, kənd təsərrüfatında biotexnologiyaların tətbiqi, suvarma sistemləri, aqrar iqtisadiyyat, kənd təsərrüfatı idarəçiliyi və s. sahələrlə bağlı elmi tədqiqatlar.

 

Biologiya elmləri

Botanika, zoologiya, genetika, molekulyar biologiya, hüceyrə biologiyası, fiziologiya, ekologiya, mikrobiologiya və s. sahələrlə bağlı elmi tədqiqatlar. 

 

Kimya
Analitik kimya, üzvi kimya, qeyri-üzvi kimya, fiziki kimya, kimya mühəndisliyi və s. sahələrlə bağlı elmi tədqiqatlar.

 

Jurnal beynəlxalq nəşr etikası standartlarına və ciddi resenziya proseslərinə riayət etməklə, dərc etdiyi elmi araşdırmaların keyfiyyətini və etibarlılığını təmin edir.