https://doi.org/10.36719/2789-6919/43/130-134
Ülvi Sadıqzadə
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası
https://orcid.org/0000-0002-7110-3328
ulvi-sadixov@mail.ru
Ruslan Əzizov
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası
https://orcid.org/0009-0000-9216-670X
azizovrs124@gmail.com
Təbii və texnogen təhlükələrin aerokosmik monitorinqinin müasir vəzifələri
Xülasə
Məqalə təbii və texnogen təhlükələrin aerokosmik monitorinqinin müasir vəzifələrinə həsr edilmişdir. Peyklərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə ekoloji vəziyyətin monitorinqi üçün istifadə olunan texnologiyalar, habelə onların təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu nəzərdən keçirilir. Məqalədə Yerin məsafədən zondlanmasının əsas üsulları, o cümlədən optik-elektron və radar sistemləri, habelə onların atmosferin, su ehtiyatlarının, meşə və kənd təsərrüfatı ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsində tətbiqi təhlil edilir. Yanğınlar, daşqınlar, zəlzələlər və texnogen qəzalar kimi ekoloji fəlakətlərin nəticələrini proqnozlaşdırmaq və minimuma endirmək üçün aerokosmik monitorinq məlumatlarının istifadəsinə xüsusi diqqət yetirilir. Təbii və texnogen risklərin idarə olunmasına kompleks yanaşmanın təmin edilməsi üçün peyk məlumatlarının digər məlumat mənbələri ilə inteqrasiyasının vacibliyi vurğulanır.
Açar sözlər: aerokosmos, fövqəladə hallar, monitorinq, texnogen hadisələr, ləğvetmə