https://doi.org/10.36719/2789-6919/42/52-56
Səbinə Qasımova
Azərbaycan Memarlıq və İnşaat Universiteti
https://orcid.org/0009-0008-9059-0230
sabina.qasimovaa@gmail.com
Təhsil paradiqmaları və tərbiyə problemləri
Xülasə
Məqalədə müasir təhsil pedaqogikasının əsasları əks etdirilir. Təhsil prosesində vacib olan nümunələr ön plana çəkilir, mühüm nümunələr vurğulanır. Müəllif tərbiyə prosesini insan həyatının mənası kimi qeyd edir. Qeyd olunur ki, müasir dövrdə pedaqogika elminin cəmiyyətin humanistləşməsində, inkişafında rolu böyükdür. İnsanlar cəmiyyətin problemlərini öyrənir və öz bilikləriə əsasən həll edirlər. Humanist nöqteyi-nəzərdən şagirdlərə insani münasibət, onun həyata hazırlığı nəzərdə tutulur. İnanmaq lazımdır ki, təhsil paradiqmasının mərkəzində hazır bilikləri mənimsəyən şagird deyil, reallığı dərk edən insan dayanır. Müəllim və şagird arasında dialoq, qarşılıqlı yaradıcılıq məsuliyyəti öndə durur. Müəllimin mühafizəkar funksiyası mühüm əhəmiyyət kəsb edir və onun mədəni, fiziki, psixi hazırlığı nəzərdə tutulur.
Müəllif eləcə də uşaqlarda məsuliyyət hissinin formalaşmasına da xüsusi diqqət yetirir və bildirir ki, bu, müəllimin üzərinə düşən ən önəmli vəzifələrdir. Əsl nizam-intizam hər bir insanın öz daxilində olmalıdır. Bütün bu deyilənlərə istinad edilərək pedaqogika elminin nə qədər əhəmiyyətli olması bir daha nəzərimizə çatdırılır.
Açar sözlər: nümunə, mədəniyyət, təhsil, bilik, davranış, müasir, səviyyə, humanist