Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/41/77-80

Şəms Səruhanova

20 nömrəli məktəb-lisey

https://orcid.org/0009-0003-2581-8191

shems.saruhanova@gmail.com

 

Təhsil və motivasiya: şagirdlərin öyrənmə həvəsinin artırılması üçün pedaqoji strategiyalar

 

Xülasə

Təhsil cəmiyyətin inkişafını əks etdirən və dövlətin sosial sifarişinə əsaslanan, fasiləsiz və mürəkkəb bir prosesdir. Bu proses pedaqoji və psixoloji baxımdan çoxşaxəli olmaqla, uzunmüddətli nəticələr verir və birgə səy tələb edir. Cəmiyyətin inkişaf səviyyəsi böyük ölçüdə təhsilin keyfiyyəti ilə müəyyən olunur. Bu gün təhsil, millətin gələcəyinin əsasını təşkil edən mühüm amildir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Təhsil millətin gələcəyidir.” Bu mənada, təhsil dövlətin prioritet sahələrindən biri olub, pedaqoji prosesin nəticələri və dəyəri baxımından xüsusi diqqət mərkəzindədir.

Təhsilin keyfiyyətli olması onun effektiv idarə edilməsindən başlayır. Elmi-texniki tərəqqinin sürətləndiyi və informasiyaların artdığı qloballaşan dövrdə təhsilin idarə edilməsi məsələsi daha da aktual olub. Bu baxımdan, ümumtəhsil məktəblərində pedaqoji, psixoloji və sosioloji cəhətdən əsaslandırılmış idarəetmə sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Məqalədə təhsil və motivasiya, şagirdlərin öyrənmə həvəsinin artırılması üçün pedaqoji strategiyalar təhlil predmetinə çevrilir.

Açar sözlər: təhsil, motivasiya, həvəsləndirmə, şagird, strategiya


Baxış: 85