Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/283-289

Aysel Abdullayeva

Naxçıvan Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0006-3727-4752

sukurovramiz9@gmail.com

 

Tələbələrin universitetin sosial-mədəni mühitinə səmərəli uyğunlaşmasını

təmin etmək üçün pedaqoji dəstəyin imkanları

 

Xülasə

 

Məqalədə tələbələrin universitetin sosial-mədəni mühitinə səmərəli uyğunlaşmasını təmin etmək üçün pedaqoji dəstəyin imkanları araşdırılır. Qeyd edilir ki, pedaqoji dəstək müəllim və tələbə arasında çətinliklərin öhdəsindən gəlməyə kömək etməyə, habelə müstəqil fərdi seçim vəziyyətlərinə yönəlmiş pedaqoji qarşılıqlı əlaqə sistemidir. Pedaqoji dəstək fəaliyyətdir, pedaqoji prosesin tərkib hissəsidir, müəllim tələbənin inkişafı üçün lazım olan resursları aktivləşdirir.

Əsaslandırılır ki, pedaqoji dəstəyin həyata keçirilməsində təcrübənin yayılması tədris vəsaitləri yazmaqla, tələbələrin universitet mühitinə uyğunlaşdırılması, elmi konfranslarda, seminarlarda, dəyirmi masalarda və s. bu təcrübənin təhsil təcrübəsində köklənməsinə öz töhfəsini verir. Baxılan prosesin pedaqoji dəstəyi tələbələrin şəxsi və peşəkar öz müqəddəratını təyin etməsinin mümkün olduğunu, müxtəlif həyat və təhsil vəziyyətlərinin, onun subyektivlik əldə etməsi və öz hərəkətlərinin məqsədyönlü həyata keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, pedaqoji dəstəyin səmərəli həyata keçirilməsi yalnız müvafiq nəzəri əsaslarla mümkündür.

Açar sözlər: universitet, uyğunlaşma, tələbə, sosial-mədəni mühit, pedaqoji dəstək


Baxış: 70