Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/50/36-53

Müşfiq Çobanov

                                                      Azərbaycan Texniki Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8684-2722

mborcali@gmail.com

 

Tiflis ədəbi mühitində Azərbaycan milli mətbuatı

 

Xülasə

 

Məqalədə Tiflis (Tbilisi – M.Ç.) ədəbi mühitində yaranmış milli mətbuatımız araşdırılır. Göstərilir ki, Qafqaz canişinliyi Tiflis şəhərində yer­ləşdirildiyindən bura həm də müxtəlif xalq­ların mədəni mərkə­zinə çevrilmişdir. Məktəblərin, teatrların, qəzet və nəşriy­yat­ların yaradılması getdikcə intensivləşmişdir. Doğrudur, bu proses digər xalqlara bax­dıqda biz­də bir qədər ləng getmişdir. Ancaq bu da aydındır ki, bir çox mədəni ha­di­sə­lərdə Tiflis ədəbi mühiti milli ədəbi mühiti - yəni Azərbay­can­dakı ədəbi mühiti qabaq­la­mışdır. Tiflisdə Azərbaycan mətbuatının işıq üzü görməsi təkcə burada ya­şayan azər­bay­canlıların maariflənməsini deyil, bütövlükdə Azərbaycanda və kənarda yaşa­yan di­gər azərbaycanlıların da ədəbi, mədəni mühitdən xəbər tutmasını şərtləndirmişdir. Belə ki, bu mətbuat orqanlarının bir çoxu nəşr olunduğu coğrafiyanın hüdud­larını aş­mış, Orta Asiya, Osmanlı, Sibirdə yaşayan türk xalqlarının həyatında mühüm rol oy­na­mışdır. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat or­qan­ları xalqın bö­yük bir kəsimində milli mənlik və dini şüu­ru formalaşdırmışdır. “Şər­qi-rus” qəzeti və “Molla Nəsrəddin” jurnalı Tiflisdə nəşr edilmə­si­nə bax­mayaraq, Azərbay­ca­nın ilk gündəlik qəzeti kimi Azərbaycandan gedən məqalələri də nəşr etmiş və Azər­baycan ədə­bi prosesinin bir parçasına çevrilmişdir. Bu ənənə sonralar da Gürcüstanda nəşr olu­nan Azərbaycan dilli mətbuat orqanlarında davam etmiş və bu günün özündə də 105 yaşlı “Gürcüstan” qəzetinin timsalında lə­yaqətlə davam edir.

Açar sözlər: Azərbaycan, milli, mətbuat, Tiflis, ədəbi mühit, ədəbi əlaqələr

 

 


Baxış: 70