DOI: https://doi.org/10.36719/2789-6919/46/128-130
Namiq Vəlixanov
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
https://orcid.org/0009-0004-8925-7597
namigvelikhanov@gmail.com
Turizm sektorunda İR idarə edilməsi strategiyasının
yeni şəraitə uyğunlaşması
Xülasə
Bu məqalədə müasir dövrün tələblərinə cavab verən insan resurslarının idarə edilməsi strategiyalarının turizm sektorunda necə uyğunlaşdırıldığı təhlil olunur. COVID-19 pandemiyası, rəqəmsallaşma və əmək bazarındakı dəyişikliklər İR siyasətini yenidən düşünməyi zəruri etmişdir. Ənənəvi yanaşmalar yerini çevik iş rejimləri, texnoloji bacarıqların inkişafı və psixoloji rifahı nəzərə alan insanmərkəzli strategiyalara verir.
Azərbaycanın turizm sektorunda bu transformasiya müxtəlif səviyyələrdə həyata keçirilir. Dövlət strategiyaları, regional təlim proqramları və beynəlxalq əməkdaşlıq vasitəsilə kadrların ixtisas səviyyəsi və uyğunlaşma potensialı artırılır. Kompetensiya əsaslı seçim, davamlı təlim və sosial məsuliyyətə yönəlik yanaşmalar İR idarəçiliyində mühüm yer tutur.
Məqalə həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq turizmdə insan kapitalının inkişafının əhəmiyyətini vurğulayır. Nəticə olaraq, turizm müəssisələrinin rəqabətliliyi işçilərin bilik və bacarıqları, rifahı və texnologiyaya adaptasiyası ilə sıx bağlıdır.
Açar sözlər: insan resurslarının idarə edilməsi, turizm sektoru, rəqəmsallaşma və texnoloji bacarıqlar, çevik iş rejimi, kompetensiya əsaslı yanaşma, davamlı təlim və inkişaf, işçi rifahı və psixoloji dayanıqlılıq, regional təlim proqramları, insan kapitalı