DOI: https://doi.org/10.36719/2663-4619/115/111-115
Rəfiqə Əzizova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
https://orcid.org/0009-0005-7638-7840
rafiga.azizova@gmail.com
Türk dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə
töhfəsinin Azərbaycan modeli
Xülasə
Türk xalqlarının tayı-bərabəri olmayan zəngin tarixi, mədəniyyəti və ortaq dəyərlərinin təbliğ edilməsi müasir günümüzdə böyük əhəmiyyət kəsb etməkdədir.
Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dəyərlərin qarşılıqlı əlaqəsi günümüzün vacib prioritet məsələsi hesab olunur. Türk xalqlarının ümumtürk irsinin qorunub yaşadılması və eyni zamanda gələcək nəsillərə miras buraxılması yönündə fəaliyyəti daha da dərinləşməli və genişləndirilməlidir.
Bəllidir ki, Türk xalqlarının qədim tarixləri və birgə mədəniyyətləri mövcuddur. Bu mədəniyyət Asiyada, həmçinin Avropanın bəzi yerlərində yayılmışdır. Bu böyük coğrafiyada təşəkkül tapmış Türk xalqlarının mədəniyyətləri coğrafi nöqteyi-nəzərdən biri-digərindən fərqli olsa da, demək olar ki, eyni və oxşar mədəni irsə sahibdirlər.
Min illiklər boyu bütün dağıdıcı təsirlərə sinə gərən, qonşu mədəniyyətlər və sivilizasiyalarla qarşılıqlı zənginləşmə şəraitində inkişaf edən türk mədəniyyəti və ortaq dəyərləri hər zaman öz ahəngdarlığını qoruyub saxlamış və gələcək nəsillərə mükəmməl bir irs kimi ərmağan edilmişdir. Dünyanın bir çox filosoflarının və kulturoloqların fikrincə, XXI əsr türk mədəniyyəti və sivilizasiya əsri olacaqdır. Müasir qloballaşma şəraitində müasir dünya sivilizasiyaları və mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələr xüsusi əhəmiyyət kəsb etməkdədir.
Türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsi onları demək olar ki, bir-birinə daha da yaxınlaşdıran ən mühüm amil hesab oluna bilər.
Bu məqalədə Türk xalqlarının ortaq mədəniyyətləri və xüsusilə də qastronomiya sənətinin turizmə təsirinin Azərbaycan modelindən bəhs olunmuşdur.
Açar sözlər: turizm, maddi-mədəni irs, qastronomiya sənəti, türk xalqları, xidmət sektoru, mətbəx, mədəniyyət