DOI: https://doi.org/10.36719/2789-6919/46/122-127
Fidan Bağırova
Qərbi Kaspi Universiteti
https://orcid.org/0009-0009-5138-3412
fidanviqas@icloud.com
Ukrayna-Rusiya münaqişəsi kontekstində ABŞ-ın təsiri: geosiyasi strategiyalar və ətraf mühitə təsirlər
Xülasə
Bu məqalədə məqsəd Ukrayna-Rusiya münaqişəsinin fonunda ABŞ-ın həyata keçirdiyi geosiyasi strategiyaları, bu strategiyaların ətraf mühitə birbaşa və dolayı təsirlərini və yaşıl texnologiyaların beynəlxalq münasibətlər sistemində artan rolunu təhlil etməkdir. Ətraf mühitə olan təsirlər isə bu münaqişənin ən ciddi, lakin çox zaman diqqətdən kənarda qalan nəticələrindəndir. Sənaye infrastrukturunun bombalanması, meşələrin yanması, torpaqların minalanması, kimyəvi sızmalar və radioaktiv risklər təkcə Ukrayna üçün deyil, bütün region üçün ekoloji təhlükə doğurur. Araşdırma interdisiplinar yanaşma ilə həyata keçirilmiş, həm politoloji analiz, həm də ekoloji qiymətləndirmə yanaşmaları birləşdirilmişdir. Beləliklə, XXI əsrdə münaqişələrin yalnız silahlarla deyil, həm də informasiya, enerji və ekoloji siyasətlə formalaşdığı sübut olunur.
Açar sözlər: Ukrayna-Rusiya münaqişəsi, ətraf mühit, ekoloji təsirlər, yaşıl texnologiyalar, ekoloji diplomatiya