Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/35-39

Akif Hüseynov

Gəncə Dövlət Universiteti

https://orcid.org/0009-0006-4004-6603

tunzalehuseyinova70@gmail.com

Ruqiyyə Tağıyeva

Gəncə Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-7563-4676

ruqiyye.tagiyeva87@mail.ru

Fatimə Vahidova

Gəncə Dövlət Universiteti

https://orcid.org/0009-0008-2278-8333

wabiwova@mail.ru

 

Universitetlərin ikinci kurslarında rəngkarlıq fənninin tədrisində milli məişət əşyalarından istifadənin imkan və yolları

 

Xülasə

 

Düşünülmüş, yaxşı təşkil olunmuş milli məişət əşyalarından ibarət natürmort kompozisiyası (interyer daxilində, gips başın etüdü və s.) rəng və işığın obyektiv qanunauyğunluqlarını başa düşülən və əyani formada əks etdirir. Əlbəttə, milli məişət əşyalarımıza uyğun olan belə natürmort gözəl mənzərə təşkil edir, müsbət emosiyalar doğurur. Tədris natürmortları vasitəsilə bədii zövqün tərbiyə edilməsi çox səmərəli olur.

Milli məişət əşyalarından ibarət natürmortun tədris və estetik cazibədarlığı rəngkarlıq sinfi üzrə təlim-tərbiyə prosesinin fəal ilkin amilidir. Əsas məqsədimiz universitetlərin ikinci kurslarında milli məişət əşyalarının rənglə işlənməsi yollarını tələbələrə öyrətməkdir. Həmçinin, bu proses tələbələri orta ümumtəhsil məktəblərində tədris-tərbiyə işlərinə və müstəqil yaradıcılığa hazırlayır. 

Rəngkarlıq üzrə qoyuluşlarda yersiz effektliyə deyil, məzmunluluq, aydınlıq və sadəlik kimi ciddi tədris tələblərinin yerinə yetirilməsinə səy göstərmək lazımdır. Təsviri incəsənətin istənilən kompozisiyası kimi, bu qoyuluş da bütün elementləri bir-biri ilə uyğunlaşdırılmış tamlığa malik olmalı, müxtəlif bucaqlardan baxıldıqda öz nizamlı gözəlliyini itirməməlidir.

Milli məişət əşyalarından ibarət natürmortun tədris və estetik cazibədarlığı rəngkarlıq sinfi üzrə təlim-tərbiyə prosesinin fəal ilkin amilidir.

Açar sözlər: natürmort, akvarel, işıq-kölgə, kalorit, lessirovka

 

 


Baxış: 238