Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/95-99

Rahilə Qurbanova

Azərbaycan Dövlət Pedoqoji Universiteti

  https://orcid.org/0009-0008-4589-004X  

rahila.qurbanova@mail.ru

 

Upanişadlar təlimində ruhun aydınlanması

 

Xülasə

 

Məqalədə Upanişadların Hind fəlsəfi düşüncəsinin əsasını təşkil edən ən qədim mətinlərdən biri olduğu və varlığın mənası, kainatın yaradılışı, ruhun mahiyyəti, onun aydınlanma prosesi, eləcə də aydınlanmaya aparan yollar təhlil edilir. Bu mətnlərdə insan varlığının maddi dünyadan daha üstün bir reallığa sahib olduğu və bu reallığın isə yalnız aydınlanma yolu ilə dərk oluna biləcəyi göstərilir. Upanişadlar təlimində Atman (ruh) və Brahmanın (universal ruh) birləşmə prosesinə ruhun aydın­lanması və ya özünü dərk deyilir. Məqalədə Brahman, Atman, maya, mokşa, karma, renkarnasiya və samsara kimi fəlsəfi anlayışlar da təhlil edilir. Upanişadların ən yüksək ruhi və fəlsəfi axtarışı in­sanın öz daxili mənliyini tapmasında olduğu qeyd edilir.

Açar sözlər: kainat, tanrı, ruh, Brahman, Atman, maya, mokşa, karma, samsara, renkarnasiya


Baxış: 306