https://doi.org/10.36719/2706-6185/44/18-22
Məmmədəli Rəhimov
Naxçıvan Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-4275-4237
rmehemmedeli0@gmail.com
Oktay Rzayev
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0007-6377-255X
oktay_rzayev@mail.ru
Uşaqlar idman növü seçərkən nələrə diqqət yetirməlidir
Xülasə
Uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi üçün tarixən uşaqlar yaş qruplarına bölünmüşdür. Təlim-tərbiyə prosesində uşaqların yaş qruplarına bölünməsi müxtəlif alimlər tərəfindən müxtəlif formada aparılmışdır.
Müasir dövrdə idman növlərinin inkişaf edərək şaxələnməsi və bu idman növlərinin təlimlərinin kəskin surətdə bir-birindən fərqlənməsi ilə əlaqədar olaraq uşağın hansı yaşda hansı idmanla məşğul olmağa başlamasının böyük əhəmiyyəti vardır.
Lakin bu yaş dərəcələri bölgüsü son zamanlar dəyişiklik tələb edir. Ona görə ki, son zamanlardan başlayaraq akselerasiya problemi özünü büruzə verməyə başlamışdır. Akselerasiya latınca sürətlənmə (akselerosiyo) deməkdir. O, uşaq yaşlarında fiziki və psixi inkişafın sürətlənməsi deməkdir. Ona görə də uşaqları idman bölmələrinə cəlb edərkən əvvəlki illərdə olan yaşa görə bölgülərə yenidən baxılmalıdır.
Uşaqların yaşları, çəkiləri, antropometrik ölçüləri, fizioloji inkişafları, psixoloji vəziyyətləri, həvəsləri
nəzərə alınaraq uşaqların idman növü seçməsində mərhələlik prinspindən istifadə etmək daha yaxşı fayda
verə bilər. Uşaqlar bir dəfə deyil, bir neçə dəfə mərhələlərlə seçilərək, yuxarıda göstərilən parametrlərə görə
idman məşğələlərinə yönləndirilməlidirlər.7-8 yaşlarında uşaqlarda sümüklərin formalaşması getdiyindən və
oxşarlıqda böyüklərin sümüklərinə yaxınlaşması prosesi baş verdiyindən, seçilmiş idman növü kimi çoxlu
tullanma hərəkətləri və cəldlik tələb edən idman növlərini məs: basketbol, əl topu, qaçaraq uzunluğa tullanma
kimi idman növlərini məsləhət görmək olar. 8-12 yaş dövründə uşaq və yeniyetmələrdə bütün orqan və sistemlərin
inkişafı davam edir. Sümüklərin ossifikasiyası və əzələlərin inkişafı sürətlənir və 12-yaşda sümüklər artıq
yetkinlərin sümüklərindən fərqlənmir. Bu mərhələdə cüdo, futbol, stolüstü tennis, badminton kimi çeviklik,
çeviklik, reaksiya sürəti, diqqət və psixoloji dözüm tələb edən idman növləri uşaqlar üçün uyğun idman növləri
kimi tövsiyə edilə bilər. Bu idman növləri gələcək böyümə və inkişaf üçün zəruri olan fiziki və zehni qabiliyyətlərin
inkişafına kömək edir.
Açar sözlər: uşaqlar, fiziki tərbiyə, idmançı, yaş dövrü, üzgüçülük, fiziki hazırlıq, fiziki fəaliyyət