Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/82-85

Aysel Hüseynli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0004-7647-1033

aysel09huseynli@gmail.com

 

V-IX siniflərdə ingilis dili dərslərində texnoloji vasitələrdən

məqsədyönlü istifadə metodikası

 

Xülasə

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təhsilin bütün sahələrinə nüfuz etməsi tədris prosesinin forma və məzmun baxımından yenidən qurulması zərurətini ortaya qoyur. İbtidai siniflərdən başlayaraq bütün fənlər üzrə mövzuların tədrisi şagirdin maraq dairəsinə, intel-lektinə, dünyagörüşünə uyğun istiqamətdə aparılır. Xüsusilə xarici dil tədrisində, o cümlədən ingilis dili dərslərində bu özünü daha qabarıq şəkildə göstərir. Çünki dilöyrənmə prosesi daim kom¬mu-nikasiya, dinləmə, danışma, oxuma və yazma bacarıqlarının inkişafını tələb edir və texnoloji va¬sitə¬lər bu bacarıqların interaktiv və səmərəli şəkildə formalaşmasına böyük imkanlar yaradır.

Ümumi təhsil pilləsinin V-IX siniflərində şagirdlərin texnologiyaya marağının yüksək olması təlim prosesində bu vasitələrdən məqsədyönlü şəkildə istifadə olunmasını aktuallaşdırır. Müxtəlif mobil tətbiqlər, onlayn platformalar və interaktiv texnologiyalar müəllimə fərdi yanaşmanı təmin etməyə, şagirdin öyrənməyə motivasiyasını artırmağa və dərslərin keyfiyyətini yüksəltməyə şərait yaradır.

Məqalədə əsas məqsəd V-IX siniflərdə ingilis dili dərslərində texnoloji vasitələrdən məqsəd-yönlü şəkildə istifadə imkanlarını araşdırmaq və bu istiqamətdə effektiv metodik yanaşmaları təq¬dim etməkdir.

Açar sözlər: ingilis dili, tədris, informasiya-kommunikasiya texnologiyaları, metodik yanaşma


Baxış: 368