Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/41/26-29

Nərminə Qədimova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0008-5033-9254

nermineqedimova11@gmail.com

 

Vasif Adıgözəlovun yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu

 

Xülasə

Məqalədə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Vasif Adıgözəlovun XX əsrin sonlarında yaratdığı 4 möhtəşəm əsəri - “Odlar Yurdu” (1988, söz: R.Z.Xəndan), “Qarabağ Şikəstəsi” (1989, söz: T.Elçin), “Çanaqqala – 1915” (1988, libretto: S.Duru, mətn: Meh­met Akif Ersoy), “Qəm karvanı” (1999, söz: R.Rza) oratoriyaları Azərbaycan vokal-simfonik əsərləri baxımından təhlil edilir. Məqalədə XX əsrin 90-cı illərində bəstəkarın  oratoriya janrında yazılmış  əsərlərində Azərbaycan tarixində baş vermiş qanlı, faciəli olaylarla əlaqədar olaraq vətən­pərvərlik, qəhrəmanlıq mövzusu xüsusi əhəmiyyət alaraq geniş təfsirini tapır. Vasif Adıgözəlovun yaradıcılığı geniş, müraciət etdiyi mövzular isə rəngarəngdir. Bəstəkarın yaratdığı əsərlərin kataloquna nəzər saldıqda heyrətlənməyə bilmirsən. Vasif Adıgözəlov iki operanın – “Ölülər” və “Natəvan”, musiqili komediyanın – o cümlədən “Nənəmin şahlıq quşu”, “Hacı Qara” (həmmüəllif R.Mustafayev), “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını” və s., həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərlərin, mahnı və romansların, dram tama­şalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Açar sözlər: Azərbaycan, bəstəkar, oratoriya, rekviyem, vətənpərvərlik, vokal-simfonik


Baxış: 90